Ukrayna məhkəməsi ölkənin keçmiş prezidenti Viktor Yanukoviçə qarşı yeni ittihamlar irəli sürüb.
O, fərariliyə sövq etmək və sərhədi qanunsuz keçmək ittihamı ilə qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Seçilmiş həbs-qətimkan tədbiri bu halda mümkün olan maksimum cəzadır.
Agentliyin məlumatına görə, 2014-cü il fevralın 23-də keçmiş prezident qanunsuz olaraq Ukrayna dövlət sərhədini keçərək yaxın çevrəsindən və dövlət mühafizə orqanlarının əməkdaşlarından azı 20 nəfərin Rusiya Federasiyası ərazisinə keçirilməsini təşkil edib. Dövlət Təhlükəsizlik İdarəsinin keçmiş rəis müavini qiyabi olaraq on il müddətinə azadlıqdan məhrum edilib; eyni maddələrlə ittiham olunur.
Xatırladaq ki, Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub.2013-cü ildə Maydan Nezalejnostidə (Müstəqillik Meydanı) Ukraynanın Avropaya inteqrasiyası tərəfdarlarının mitinqi keçirilib. Bu aksiya insan tələfatı ilə iğtişaşlara çevrilib və hakimiyyət dəyişikliyinə gətirib çıxarıb. Viktor Yanukoviç ölkəni tərk edib. 2019-cu ildə Yanukoviç Ukraynada vətənə xəyanətdə və təcavüzkar müharibənin planlaşdırılmasına, hazırlanmasına, başlanmasına və aparılmasına köməklik etməkdə təqsirli bilinib.
Məhkəmə onu qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edib. 2021-ci ilin yanvarında o, 2010-cu ildə Rusiya ilə Xarkov müqavilələrini imzaladığına görə də dövlətə xəyanətdə ittiham olunub.
//Samir Qurbanov, Editor.az