AZ

Pedri: “Qızıl top”u qazanmaq həmişə arzum olub”

“Rodrinin “Qızıl top”u qazanması ilə aydın oldu ki, orta sahəyə nəzarət edən və oyunun tempini təyin edən oyunçu bu mükafatı qazana bilər”.

Futbolpress.az xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Pedri Kral Kubokunu qazandıqdan sonra deyib. O, həmişə bu mükafata sahib olmaq istədiyini bildirib:

“Qızıl top”u qazanmaq həmişə arzum idi, lakin hazırda diqqətimi komanda kuboklarına yönəldirəm. “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri, keçən mövsüm klub və ölkə üçün yarımmüdafiəçi kimi çalışdıqdan sonra ən son “Qızıl top” mükafatını qazandı”.

22 yaşlı Pedrinin “katalanlar”la müqaviləsi 2030-cu ilin yayına kimidir.

Seçilən
11
futbolpress.az

1Mənbələr