AZ

Qardahda Hafiz Əsədin qalıqları oğurlanıb


Naməlum şəxslər Suriyanın keçmiş prezidenti, 1971-2000-ci illərdə ölkəyə rəhbərlik etmiş Hafiz Əsədin qalıqlarını onun Latakiya əyalətinin Qardaha şəhərindəki məzarından çıxararaq oğurlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Suriya TV” məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, Hafiz Əsədin qalıqları hərbi geyimli insanlar tərəfindən eksqumasiya edilib. Kanal Hafiz Əsədin boş məzarını əks etdirən video və fotoşəkil yayımlayıb.
Qeyd edək ki, Qardaha şəhəri Hafiz Əsədin doğulduğu yerdir. Məqbərədə Hafizin həyat yoldaşı Anisa Maxlouf və 1994-cü ildə avtomobil qəzasında həlak olan böyük oğlu Basil də dəfn olunub. Onların məzarlarının zərər gördüyü barədə məlumat verilmir.
Seçilən
5
yeniavaz.com

1Mənbələr