AZ

"Mançester Yunayted" "İnter"in iki futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır

"Mançester Yunayted" yay transfer pəncərəsində heyətini gücləndirməyə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, "Inter Live" portalının məlumatına görə, İngiltərə klubu "İnter"in iki əsas müdafiəçisini transfer etmək niyyətindədir.

"Qırmızı şeytanlar"ın maraq dairəsində olan futbolçular sağ cinah müdafiəçisi Denzel Dumfries və mərkəz müdafiəçisi Yann-Aurel Bissekdir. Dumfriesin əsas üstünlüyü onun cinah boyu hər mövqedə oynamaq bacarığıdır, Bissek isə fiziki gücü və müdafiədəki etibarlılığı ilə seçilir.

"Mançester Yunayted" bu iki futbolçunu heyətinə qatmaq üçün 100 milyon avro ödəməyə hazırdır. Bu transferlər baş tutacağı təqdirdə, klubun müdafiə xəttində ciddi güclənmə baş verəcək.

29 yaşılı Denzel Dumfriesin "İnter" ilə hazırkı müqaviləsi 2027/2028 mövsümünün sonuna qədərdir. 24 yaşlı Yann-Aurel Bissekə gəlincə, onun Milan klubu ilə əmək müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.

Seçilən
8
90deqiqe.az

1Mənbələr