“Hər iki tərəf qalib gəlmək istəyirdi. Mən futbolçularımdan razıyam. “Neftçi”nin güclü heyəti var. Onlara uğurlar arzulayıram”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Neftçi" ilə 2:2 hesablı heç-heçə başa çatan matçdan sonra deyib.
Gənc mütəxəssis sözlərinə belə davam edib:
“Biz gördük ki, futbolda hər şey ola bilər. Bizim fərdi səhvlərimiz oldu. “Neftçi”nin keyfiyyətli oyunçuları var. Çətindir onlara qarşı oynamaq. Futbolçularımı təbrik edirəm. 1 xalda 1 xaldır.
Rəqib çox yaxşı rəqibdir. 2:2. Demək ki, qismət belə imiş. Orta xətti gücləndirdik. Əvəzetmələri edəndə tapşırıqlarımızı verdik. Belə alındı. Bəzən belə olur. İndividual səhvlərimiz oldu”.
Ona olan yanaşmanın fərqli olduğunu da bildirib:
“9 komandanın baş məşqçilərinə verilən suallar başqadır, mənə başqa. Mən gənc məşqçiyəm amma görürəm ki, digər məşqçilərə olan yanaşma mənə olmur”.
O, Sərtan Taşkını Rövlan Muradovdan öndə gördüyünü bildirib:
“Rövlanla heç bir problemim yoxdur. O əsas heyətdə idi. Heç bir qolu və ya məhsuldar ötürməsi yox idi. Amma Sərtan bu baxımdan daha yaxşıdır. Rövlan şansını gözləməlidir. Canla başla məşqdə çalışır. Hər şey özündən asılıdır. Sərtan indi Rövlandan daha yaxşıdır”.