AZ

ABŞ Yunanıstandan "Patriot" sistemləri Ukraynaya verilməsini tələb edir

BAKI, 28 aprel, TELEQRAF

ABŞ bir daha Yunanıstandan “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməsini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə "Kathimerini" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Vaşinqton Afinaya “Patriot” sistemlərini Kiyevə verməsi üçün təzyiq edir.

İddi olunur ki, Vaşinqtonda bu hərəkətlər ABŞ-nin Kiyevə dəstəyini azaltması və respublikanın silahlanmasına görə məsuliyyətin Avropa dövlətlərinin üzərinə düşməsi ilə əsaslandırılır.

Yunanıstanın belə qiymətli silah sistemindən imtina etmək istəmədiyi qeyd olunur.

Seçilən
9
teleqraf.com

1Mənbələr