AZ

“Neftçi” “Sumqayıt”la bərabərə qaldı

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Sumqayıt” evdə “Neftçi” ilə qarşılaşıb. Dörd qolluq oyunda qalib müəyyənləşməyib - 2:2.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Zirə”yə 0:1 hesabıyla uduzubsa, “Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” oyunlarında oxşar nəticə (1:1) qeydə alınıb.

Azərbaycan Premyer Liqası
32-ci tur
28 aprel

“Sumqayıt” – “Neftçi” 2:2
Qollar: Bobur Abduholikov, 21. Ronaldo Vaskes, 52 – Bassala Sambu, 60. Andrey Ştoqrin, 87.
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabbarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

Seçilən
4
qafqazinfo.az

1Mənbələr