Almaniya çempionatının 31-ci turunda "Ayntraxt" "Leypsiq" üzərində 4:0 hesablı qələbə qazanaraq rəqibini darmadağın edib.
90deqiqe.Az xəbər verir ki, bu qarşılaşma "Ayntraxt"ın qapıçısı Kevin Trapp üçün əlamətdar olub.
O, Bundesliqada klubun heyətində 59-cu dəfə qapısını toxunulmaz saxlayaraq yeni rekordun müəllifi olub.
Qeyd edək ki, əvvəlki rekord 58 qolsuz oyunla Peter Künterə məxsus idi.