AZ

Netanyahu Qəzzada müharibənin başa çatması üçün “ən son tarix”i açıqladı – “İsrael Hayom”

Netanyahu Qəzza müharibəsini bitirmək üçün “ən son tarix” təyin edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail təhlükəsizlik xidmətinin yüksək rütbəli nümayəndəsinə istinadən “İsrael Hayom” məlumat yayıb.

İsrailin baş naziri Netanyahu bu ilin oktyabrında müharibəyə son qoymağı planlaşdırır.

Qeyd olunur ki, yuxarıda qeyd olunan tarix “ən son tarixdir” və bütün məqsədlərə nail olunarsa, hərbi kampaniya daha tez başa çata bilər.

Rəsmi şəxsin sözlərinə görə, bu zaman münaqişəyə son qoyulmasının əsas səbəbi münaqişənin iki ildən artıq davam etməsinin qarşısını almaq olub.

Eyni zamanda, diplomatik mənbələr İsrailin danışıqlara şans vermək üçün quru əməliyyatının bərpasından sonra anklavda intensiv hərbi əməliyyatlara başlamadığını qeyd edir.

“Biz hələ də girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün əlimizdən gələni etməyə çalışırıq, lakin səbrimiz hədsiz deyil”, – o vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
interpress.az

1Mənbələr