Hindistan Müdafiə Nazirliyi Fransa ilə 26 dəniz təyyarəsi "Rafale Marine"nin tədarükünü nəzərdə tutan saziş imzalandığını açıqlayıb...
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinə 22 birnəfərlik və 4 iki nəfərlik qırıcı təyyarə veriləcək. Tədarük 2030-cu ilə qədər başa çatacaq. Ekipajlar hər iki ölkədə təlimlər keçirəcək.
Xatırladaq ki, 2016-cı ildə Fransa ilə bağlanan saziş çərçivəsində Hindistan Hərbi Hava Qüvvələri 36 "Rafale" qırıcısı alıb.
Poliqon.info