Yarımmüdafiəçi Cob Bellinqhem 2024/2025 mövsümü üçün Çempionşipdə ilin ən yaxşı gənc futbolçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Sanderlend"in rəsmi saytı məlumat yayıb.
Cari mövsümdə Çempionşipdə 39 oyuna çıxan 19 yaşlı Bellinqhem 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Sanderlend" isə Premyer Liqaya yüksəlmək uğrunda mübarizə apardığı mövsümdə, son turdan əvvəl pley-off mərhələsinə vəsiqəni təmin edib.
Cob Bellinqhem, "Real Madrid"in ulduz futbolçusu Cude Bellinqhemin kiçik qardaşıdır. Gənc yarımmüdafiəçinin yaxın gələcəkdə daha prestijli bir klubda çıxış edəcəyi gözlənilir. "Transfermarkt" Cob Bellinqhemin bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.