Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Mayın 1-də “Olimpik Star”da baş tutacaq tura liderlə ən yaxın izləyicisinin dueli ilə start veriləcək. Turun digər görüşləri də eyni məkanda keçiriləcək.
Yüksək Liqa
16-cı tur
1 may
Araz-Naxçıvan – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 14:00.
Neftçi İK – Şuşa
Bakı. “Olimpik Star”. Saat 16:00.
Yasamal Bakı – U-19
Bakı. “Olimpik Star”. Saat 18:00.