AZ

Reuters: Britaniya Aİ ilə Ukraynanın ərazi bütövlüyü ilə bağlı bəyanat hazırlayır

Böyük Britaniya və Avropa İttifaqının birgə sammiti ərəfəsində Böyük Britaniya ümumi dəyərlər, o cümlədən Ukraynanın ərazi bütövlüyünə sadiqlik haqqında sənəd layihəsi hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi sənədə istinadən məlumat yayıb.

“Böyük Britaniya Ukraynanın ərazi bütövlüyü, Paris iqlim sazişi və açıq və azad ticarətə dəstəyi vurğulayan Aİ ilə ümumi dəyərlərin geniş bəyanatını təklif edib”, – məlumatda bildirilir.

Reuters aydınlaşdırır ki, sənəd son günlər Avro-blokun üzvü olan ölkələr arasında yayılıb. Agentliyin məlumatına görə, bu, Britaniya və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlığın “siyasi preambulası” kimi təyin olunub. Bundan əlavə, mətndəki bir neçə müddəa ABŞ-ın siyasəti ilə tamamilə ziddiyyət təşkil edir, baxmayaraq ki, Ağ Ev administrasiyası birbaşa qeyd olunmur.

Seçilən
9
nocomment.az

1Mənbələr