"TOP Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyətinin xüsusi ilə külli miqdarda vergi borcu var.
Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 832 898.36 manat vergi borcu yaranıb.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "TOP Supermarket" MMC-nin qanuni təmsilçisi Vəli Əkbərov Kazım oğludur. “Vəlioğlu-2018” MMC də V.Əkbərovun adındadır və bu şirkətin də dövlətə 463 4426.38 manat vergi borcu var. Hər iki borca görə şirkətin qanuni təmsilçisinin ölkədən çıxışına “stop” qoyulub.
Sabiq İsbəndərli