Ümid edirəm ki, İrəvan və Bakı arasında sülh sazişi yaxın zamanda imzalanacaq.
“Report” xəbər verir ki, bunu Estoniya Baş naziri Kristin Mixal ermənistanlı həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.
O, Cənubi Qafqazda sülhün Estoniya və Avropa üçün çox vacib olduğunu qeyd edib:
"Mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin mətnini razılaşdıra biliblər. Ümid edirəm ki, saziş yaxın zamanda imzalanacaq", - Estoniya Baş naziri deyib.