AZ

Bakıda ağır yol qəzası baş veribVİDEO

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə,  hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Qurbanov idarə etdiyi “AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və idman zalına çırpılıb.

İdman zalını işlədən Cəmil Əliyev deyir ki, gecə saat 12-də obyekti bağlayıb. Təxminən bir saat sonra isə hadisə baş verib. Qəza nəticəsində zala  xeyli ziyan dəyib.

Onun sözlərinə görə, həmin ərazidə tez- tez belə qəzalar baş verir. Çünki həmin küçə yaşayış ərazisi olsa da bəzi sürücülər sürət həddinə diqqət etmir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Seçilən
16
xezerxeber.az

1Mənbələr