AZ

Ukrayna PUA-ları Bryansk şəhərindəki hərbi mikroelektronika zavodunu vurub

Aprelin 28-nə keçən gecə pilotsuz təyyarələr Rusiyanın Bryansk şəhərinə hücum edib. Regionun qubernatoru Aleksandr Boqomaz gecə saatlarında Telegram-da hava hücumundan müdafiənin işi barədə yazıb və səhər saatlarında yüzdən çox Ukrayna pilotsuz təyyarəsinin məhv edildiyini və ələ keçirildiyini bildirib.

Rusiya rəsmisinin sözlərinə görə, PUA-lar yalnız mülki infrastruktura hücum edib. Boqomaz bir nəfərin öldüyünü, bir qadının isə yaralandığını iddia edir.

Rusiyanın “Astra” internet nəşri yerli KİV-ə istinadən yazır ki, dronların hədəfi “Kremniy EL” hərbi mikroelektronika zavodu olub. “Pantsir” hava hücumundan müdafiə sistemləri və “İsgəndər” raket sistemləri üçün komponentlər istehsal edir. Ukrayna 2024-cü ilin payızında və 2025-ci ilin yanvarında da bu zavoda hücum edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr