AZ

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin və zərərçəkənlərin sayı artıb

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Müctəba Xaledi bildirib ki, Bəndər Abbas şəhərində fövqəladə hadisə nəticəsində xəsarət alanların sayı 1242 nəfərə çatıb, 40 nəfərin də öldüyü məlumdur.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Siyahıda itkin düşən 6 nəfər də var.
İranda hadisə ilə bağlı bir günlük matəm elan edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr