ABŞ prezidenti Donald Tramp onun administrasiyasının İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gələ biləcəyinə demək olar ki, tam əmindir.
O, bu barədə Ağ Evin Morristown hava limanında keçirilən mətbuat konfransında jurnalistlərə bildirib: “Bu baş verəcək, mən tam əminəm ki, olacaq. Yaxşı, bizim bir şeyimiz olacaq və hər şeyi bombalamağa başlamalı deyilik.” – Donald Tramp deyib.
Xatırladaq ki, aprelin 26-da Omanda İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların üçüncü raundu keçirilib. “The Wall Street Journal” yazır ki, ondan sonra məlum olub ki, tərəflər arasında bir sıra mövqelər üzrə razılıq yoxdur. Əsas fikir ayrılığı uranın zənginləşdirilməsi ilə bağlı olub ki, bu da Vaşinqtona yaraşmır. Tehran isə rəqibinin başqa tələbinə qarşı çıxır: ABŞ əldə olunan razılaşmaların təkcə İranın nüvə proqramına deyil, həm də raket proqramına şamil olunmasını istəyir.
//Samir Qurbanov, Editor.az