AZ

Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri

Pakistan Hindistanla növbəti münaqişədən sonra strateji qərarlar qəbul edib. Amma nüvə silahından istifadə son çarədir.

XəzərNews.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Reuters agentliyinə müsahibəsində bildirib.

"Bu vəziyyətdə bəzi strateji qərarlar qəbul etmək lazımdır və bu qərarlar qəbul edilib", - deyən Məhəmməd Asif Hindistanla münaqişəni şərh edərkən vurğulayıb.

O əlavə edib ki, Hindistanın ritorikası daha sərtləşib və Pakistan ordusu Hindistanın hücumu ehtimalı barədə hökuməti məlumatlandırıb.

Xəbər 2 dəfə oxunub.
Seçilən
7
xezernews.az

1Mənbələr