AZ

Vitse-spiker: Gürcüstan bölgədə təhlükəsizliyi təmin etmək potensialına malikdir

TBİLİSİ, 28 aprel. TELEQRAF

“Gürcüstan neytral oyunçu kimi bölgədə təhlükəsizliyi təmin etmək potensialına malikdir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski İrəvanda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin tənmizmlənməsində maraqlıdır.

Gürcüstan prezidentinin Ermənistana rəsmi səfərini şərh edən G.Volksi deyib ki, qonşu ölkələrlə, xüsusən strateji tərəfdaşlarla münasibətlərin inkişafı Gürcüstan üçün xüsusi maraq kəsb edir.

Seçilən
5
teleqraf.com

1Mənbələr