AZ

Kenandan antirekord

“Yuventus” A Seriyasının XXXIV turunda evdə “Montsa”nı 2:0 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, meydan sahiblərinin cinah oyunçusu Kenan Yıldız matçın 45+3-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

19 yaş 358 günlük olan Yıldız 2010-cu ildən bəri A Seriyasında qırmızı vərəqə alan ən gənc “Yuventus” futbolçusu olub.

Bu mövsüm Kenan 46 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Hazırda “Yuventus” İtaliya çempionatında 34 oyundan 62 xalla dördüncü pillədə qərarlaşıb.

Seçilən
9
futbolpress.az

1Mənbələr