AZ

Prezident Pezeşkianın səfəri Azərbaycan-İran münasibətləri üçün yeni bir mərhələ ola bilər – ŞƏRH

İran prezidenti Pezeşkianın Azərbaycanla bağlı fikirləri və səfəri isə Azərbaycan-İran münasibətləri üçün yeni bir mərhələ ola bilər.

Bu fikirləri İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini İnterpress.az-a şərh edən politoloq Tural İsmayılov səsləndirib.

Politoloq bildirib ki, İran prezidentinin Azərbaycanla budəfəki səfəri və söylədiyi bağlı fikirləri Azərbaycan-İran münasibətləri üçün yeni bir mərhələ olacaq.

“İran-Azərbaycan münasibətlərində çox ciddi inkişaf perspektivləri artıq mövcuddur. Özəlliklə, İran rəsmilərinin son dövlərdə Azərbaycana səfərlərinin sayının artması, iki ölkənin qarşılıqlı əlaqələri bir üst mərhələyə daşımaqla bağlı ortaya iradə qoyması Azərbaycan-İran münasibətlərinin nə qədər inkişaf etdiyini və eyni zamanda bu münasibətlərin bundan sonra da inkişaf perspektivlərinə fokuslanacağını söyləməyimizə əsaslar verir.

Hər bir halda İran prezidenti Məsud Pezeşkianın Azərbaycana bu səfərə çox böyük əhəmiyyətə müalikdir. İki ölkə arasında tarixi əlaqələr mövcuddur. Eyni zamanda, biz bir çox sahələrdə İranla Azərbaycan münasibətlərindəki artan dinamik rəqəmləri və iqtisadi göstəriciləri də unutmamalıyıq.

Azərbaycan və İran iqtisadi-ticari baxımdan fəal əməkdaşlığa malikdir. Bir çox beynəlxalq təşkilatlarda biz İranla birlikdə təmsil olunuruq. Həmçinin bu gün region üçün əhəmiyyətli olan 3+3 platformasının Azərbaycanın ideyası ilə yaradılması və təşkil edilməsinə İran da dəstək olur.

O cümlədən, Azərbaycanla İran arasında Azərbaycandan Naxçıvana İran ərazisindən istifadə etməklə keçidlə bağlı razılaşmalar mövcuddur və təbii ki, kültürəl və digər mənalarda da bir çox layihə var.

Hər bir halda İrandan Azərbaycana qarşı bəzi din xadimlərinin və ya siyasətçilərinin verdiyi negativ açıqlamalar iki ölkə münasibətlərinin ruhuna uyğun deyil. İran prezidenti Pezeşkianın Azərbaycanla bağlı fikirləri və səfəri isə Azərbaycan-İran münasibətləri üçün yeni bir mərhələ ola bilər”, – politoloq fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
3
interpress.az

4Mənbələr