"Sabah"ın əvəzedicilərdən ibarət komandası bu gün gözlənilməz məğlubiyyətə düçar olub. 

Offsideplus.az xəbər verir ki, Əvəzedicilər Liqasında qızıl medallar uğrunda mübarizə aparan "bayquşlar" doğma meydançada "Qarabağ-2"yə uduzublar. Ağdam klubu qələbə topunu oyunun son dəqiqələrində (90+2-ci dəqiqə) vurub.

Acı məğlubiyyət "Sabah-2"nin yarış cədvəlində müvəqqəti də olsa, birinci pilləyə qalxmasına imkan verməyib. Hazırda komandanın 61 xalı var.

62 xala malik lider "Neftçi-2" isə sabah "Sumqayıt-2" ilə görüşəcək.  

Əvəzedicilər Liqası, XXXII tur

"Səbail-2" - "Araz-Naxçıvan-2" 1:1

"Sabah-2" - "Qarabağ-2" 1:2