AZ

Ölkəmizi Çində uğurla təmsil edən azərbaycanlı gənc

Bakı. Trend:

Prezident İlham Əliyev Pekində Çinin CGTN (China GlobalTelevision Network) telekanalına müsahibə verərkən verilişinaparıcısı dövlət başçısına Çinə yay düşərgəsinə gələn azərbaycanlıgənc haqqında danışıb.Həmin gəncin orada fəlsəfə doktoru dərəcəsinəyiyələnmək üçün təhsil aldığını və özünə yeni bir gələcək qurduğunubildirib.

Haqqında danışılan həmin gənc – doktorant Tağı Məmmədov 2 ildənçoxdur ki, Çində yaşayır. Soydaşımız Pekin Texnologiya İnstitutundamagistr pilləsində təhsil alıb, hal-hazırda isə Çinkianq şəhərindəJiangsu (Çianqsu) Universitetinin doktorantıdır.

Soydaşımızın Çinə olan marağı 2019-cu ildə Yay məktəbinə gedişiilə başlayıb və o, bundan sonra təhsilini həmin ölkədə davametdirmək qərarına gəlib.

Tağı Məmmədov bildirib ki: ”Bir neçə ay öncə Çindəki qışiqtisadiyyatı mövzusunda CCGN TV-yə, ölkənin nüfuzlujurnalistlərindən olan Liu Xinə müsahibə verdim. Mən Liu XinləPekində bir dəfə də görüşdüm. O, mənə Azərbaycanla bağlı suallarverdi və mən də onları ətraflı cavablandırdım”.

Xatırladaq ki, ölkəmizi Çində yüksək səviyyədə təmsil edən TağıMəmmədov 2024-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinintəşkilatçılığı ilə diasporun Qarabağa səfəri çərçivəsində Şuşadaolub. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dilikafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevintələbələrindən olan Tanq Yuxuan da həmin səfərdə iştirak edib.Onlar sosial şəbəkə hesablarında Qarabağla bağlı paylaşımlar edib,səfərlə əlaqədar geniş məlumat veriblər.

Qeyd edək ki, Çində yaşayan soydaşlarımız, həmçinin bu ölkəninnüfuzlu ali məktəblərində təhsil alan tələbələr Azərbaycanla Çinarasındakı münasibətlərin inkişafına töhfələr verir, icmanıninkişafı istiqamətində uğurlu fəaliyyət göstərirlər və onlarınfəaliyyəti hər zaman dövlətimizin diqqət mərkəzindədir.

Tağı Məmmədov haqqında və onun Şuşaya səfəri barədə aşağıdakılinklərdən məlumat əldə etmək mümkündür:

https://www.instagram.com/reel/C90NtJ5OxuA/?igsh=MXB5cjFwamRuM2YyNQ%3D%3D;

https://www.instagram.com/reel/DI6omc_TwxD/?igsh=MW40ZG94cXNuMGx4Ng%3D%3D

Seçilən
11
1
az.trend.az

2Mənbələr