ABŞ prezidenti Donald Tramp Romada Ukrayna lideri Zelenski ilə görüşdən sonra diqqətçəkən açıqlamalar verib. Tramp, Zelenskinin Krımı Rusiyaya verməyə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Roma Papası Fransiskin dəfn mərasimində Ukrayna prezidenti Zelenski ilə görüşən ABŞ prezidenti Donald Tramp mətbuata danışıb.
Görüşün yaxşı keçdiyini deyən Tramp, Ukraynanın sülh sazişinin bir hissəsi kimi Krımı Rusiyaya verməyə hazır olduğunu bildirib.
Aynurə İsmayıl
KONKRET.az