Bakı. Trend:
Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər birdaha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Birsözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır.
Trend xəbər verir ki, busözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilənAzərbaycan-İran biznes forumunda söyləyib.
Dövlətimizin başçısı imzalanmış sənədlər arasında xüsusiləprezidentlər tərəfindən imzalanmış Birgə Bəyanatı qeyd edib. Deyibki, bu, çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yolgöstərən sənəddir.