Bu gün futbol üzrə II Liqada XXIII tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, çempionluq uğruda mübarizə aparan "Şahdağ Qusar" və "Şəfa" növbəti qələbələrini qazanıblar.
Əvvəlki kimi Qusar təmsilçisi 1-ci pillədə qərarlaşıb (67 xal). Rəqibindən 3 xal az yığan "Şəfa" ikinci sıranı tutur.
XXIII turun digər matçları 29-30 apreldə keçiriləcək.
II Liqa, XXIII tur
"Ağdaş" - "Şəfa" 1:2
"Füzuli" - "Şahdağ Qusar" 0:2