AZ

“ABŞ bizimlə danışıqları Netanyahunun diktəsi ilə aparır...”- İranın baş diplomatı

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin baş naziri Benyamin Netanyahunu ABŞ administrasiyasına İranın nüvə proqramı ilə bağlı danışıqlarda hansı mövqedən çıxış edəcəyini diqtə etməkdə ittiham edib.
 
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
 
"Netanyahunun İranla diplomatik dialoqda Trampın nəyi edə biləcəyini və edə bilməyəcəyini necə  çəkinmədən diktə etməsi sadəcə heyrət doğurur”, - İranın baş diplomatı rəsmi "X" sosial şəbəkəsində belə yazıb.
 
Aprelin 27-də İsrail lideri deyib ki, İranla razılaşma yalnız İranı uranı zənginləşdirmək imkanından məhrum edəcəyi və ayətullah rejiminin öz raket proqramını inkişaf etdirməsinə mane olacağı halda məntiqli olar.
 
Tehran deyir ki, danışıqlarda raket  proqramlarının inkişafı məsələsinə toxunulmamalıdır. İran uranın zənginləşdirilməsi obyektlərini də qoruyub saxlamaqda israrlıdır.
 
 
Seçilən
7
moderator.az

1Mənbələr