AZ

Rusiya Kiyevdən siqnal gözləyir - Peskov

Rusiya Federasiyası birbaşa sülh danışıqlarını bərpa etmək üçün Kiyevdən siqnal gözləyir.

XəzərNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlər Peskovdan Moskvanın sülh danışıqlarını bərpa etmək üçün kimdən siqnal gözlədiyini soruşublar.

"Heç olmasa Kiyevdən. Kiyev bununla bağlı müəyyən addımlar atmalıdır. Onların danışıqlara qanuni qadağası var. Amma indiyədək heç bir tədbir görməmişik", - Peskov bildirib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
9
xezernews.az

1Mənbələr