AZ

Azərbaycanlıların etirazına görə Qarabağ mövzusu olan erməni filminin nümayişi ləğv edilib

Azərbaycanlı tələbələrin etirazları və Azərbaycan səfirliyinin səyi nəticəsində Berkli Universitetində (Kaliforniya) “Mənim şirin diyarım” filminin nümayişi təxirə salınıb.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bu barədə ABŞ-da yaşayan jurnalist Qoar Veziryan Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, Armenian Studies-in təşəbbüsü ilə aprelin 24-də Berkli Universitetində Qarabağ mövzusu olan “Mənim şirin diyarım” sənədli filminin nümayişi və müzakirəsi baş tutmalı idi:

“Aprelin 23-də axşam saatlarında biz filmin nümayişinin ləğv olunduğu barədə elektron məktub aldıq. Erməni araşdırmaları kafedrası bildirib ki, Berkli Universitetində sərgi azərbaycanlı tələbələrin etirazları və Azərbaycan səfirliyinin səyləri nəticəsində ləğv edilib”.

Qeyd edək ki, İordaniya Film Komitəsi “Mənim şirin diyarım” filmini 2024-cü il üçün Oskar mükafatına ən yaxşı beynəlxalq sənədli film nominasiyasında namizəd göstərib. Azərbaycan hökuməti filmin seçilməsi ilə bağlı qərara yenidən baxılması üçün İordaniya Xarici İşlər Nazirliyinə müraciət edib. Nazirlik də öz növbəsində Kinematoqrafiya Komitəsinə təzyiq edib və film geri çəkilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr