AZ

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 3 istiqamətdə anlaşma memorandumları imzalanıb

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Səudiyyə ƏrəbistanıKrallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan RespublikasıHökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasındaiqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idmanvə gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ciiclası keçirilib.

Trend xəbərverir ki, iclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşmamemorandumları imzalanıb:

  • Dənizçilərin sertifikatlarının qarşılıqlıtanınması;
  • Bitki mühafizəsi və karantin sahəsindəəməkdaşlıq;
  • Kiçik və orta sahibkarlıq sahəsindəəməkdaşlıq.

Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə SəudiyyəƏrəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın 8-ciiclasının Protokolu komissiyanın həmsədrləri tərəfindənimzalanıb.

Seçilən
16
1
az.trend.az

2Mənbələr