“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal Rayon Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev və müavini Orxan Məmmədov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov, sözügedən qurumların əməkdaşları və ekokönüllülər iştirak edib.
Müşfiqabad qəsəbəsində baş tutan aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib. Ekologiya.az