"Nürnberq"in azərbaycanlı futbolçusu Mahir Emreli əlindən zədələnib.
“Fortuna Düsseldorf”la səfər oyununda Mahir Emreli əlindən zədə alıb.
Operativ Media xəbər verir ki, bu gün hücumçuya metakarpal sınığı diaqnozu qoyulub.
Futbolçunun müalicəsi davam etdirilir. Mahir Emrelinin qarşıdakı oyunlarda oynaması sual altındadır.