AZ

Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti “XXI əsrdə Konstitusiya Ədalət Mühakiməsinin Gələcəyi” adlı simpoziumda iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri FərhadAbdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə RespublikasıKonstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın dəvəti ilə 25-26aprel tarixlərində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin63-cü ildönümü münasibətilə “XXI əsrdə Konstitusiya ƏdalətMühakiməsinin Gələcəyi” mövzusunda keçirilmiş simpoziumda iştiraketmək üçün İstanbul şəhərində səfərdə olub.

Trendxəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi məlumatyayıb..

Bildirilib ki, tədbirin rəsmi hissəsində Türkiyə RespublikasınınPrezidenti cənab Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Sarayındaiştirakçıları salamlamış və onlarla xatirə şəkli çəkdirib.

Simpoziumun əvvəlində Türkiyə Respublikası KonstitusiyaMəhkəməsinin sədri Kadir Özkaya 34 ölkənin konstitusiya nəzarətiorqanlarının sədrlərini, hakimlərini və digər qonaqlarısalamlayaraq açılış nitqi ilə çıxış edib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri FərhadAbdullayev tədbirdə çıxış edərək Türkiyə Respublikası KonstitusiyaMəhkəməsini yaradılmasının 63-cü ildönümü münasibətilə təbrik edib,gələcək fəaliyyətlərində hüquq və ədalətin, insan hüquq vəazadıqlarının müdafiəsi və konstitusiya prinsiplərinin aliliyinintəmin olunması sahəsində səylərinin davam etdirilməsində əminolduğunu ifadə edib.

Simpoziumun praktiki hissəsində XXI əsrdə konstitusiya ədalətmühakiməsinin gələcəyi, rəqəmsal dövrdə konstitusiya ədalətmühakiməsi, konstitusiya ədalət mühakiməsində yeni çağırışlar vəimkanlar, eləcə də digər hüquqi məsələlər üzrə məruzələrdinlənilmiş və geniş fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində 27 aprel tarixində Türk Dünyası KonstitusiyaYurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv olan ölkələrinKonstitusiya Məhkəmələrinin iclasında Təşkilata müvəqqəti sədrliksəlahiyyətləri rəsmi olaraq Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinə verilib.

Səfər çərçivəsində xarici ölkələrin konstitusiya nəzarətiorqanlarının sədrləri və hakimləri ilə məhkəmə-hüquq sahəsindəfikir mübadiləsi aparılıb.

Fərhad
Fərhad
Fərhad
Seçilən
12
az.trend.az

1Mənbələr