AZ

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələri genişləndirmək üçün imkanlar müzakirə edilib

Bakı. Trend:

Aprelin 28-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadşəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə ƏrəbistanıKrallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya,texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığadair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

Trend xəbərverir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, iclasdan əvvəl Komissiyanın həmsədrləriAzərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov vəSəudiyyə Ərəbistanının investisiya naziri Xalid bin ƏbdüləzizƏl-Falih arasında ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkəarasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcəkperspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanıenerji sektorunda əməkdaşlıq, Azərbaycanın qeyri-neft sənayesiməhsullarının Səudiyyə Ərəbistanına ixracının genişləndirilməsi,turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimiməsələlər müzakirə olunub.

Müştərək Komissiyanın 8-ci iclasında iqtisadiyyat, ticarət,logistika, investisiya və digər prioritet sahələrdə əməkdaşlığıngenişləndirilməsi imkanları nəzərdən keçirilib.

Baş nazirin müavini Samir Şərifov iclasda çıxışı zamanı dövlətbaşçılarının müəyyən etdiyi strateji hədəflərə çatmaq istiqamətindəatılan addımlar və əldə olunan nəticələr barədə ətraflı məlumatverib. O, Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişafınınPrezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycanın əsas xaricisiyasət prioritetlərindən biri olduğunu vurğulayıb.

Energetika, yaşıl enerji və infrastruktur layihələri sahəsindəəməkdaşlığa toxunan Baş nazirin müavini qeyd edib ki, “ACWA Power”şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə küləkelektrik stansiyası inşa edir. Həmçinin, “ACWA Power”, SOCAR vəBƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 qiqavat gücündə dənizkülək elektrik stansiyası layihəsi üzərində birgə işləyirlər. Butəşəbbüs COP29 çərçivəsində imzalanmış üçtərəfli memoranduməsasında həyata keçirilir və Azərbaycanın enerji keçidi hədəflərinəmühüm töhfə verəcək.

Neft-qaz sektorunda əməkdaşlıq imkanlarına da toxunularaq, SOCARilə “Saudi Aramco” arasında əməkdaşlığın genişləndirilməsiistiqamətində aparılan danışıqların uğurla davam etdiyi bildirilib.Bu əməkdaşlıq hər iki şirkətin beynəlxalq bazarlarda mövqeləriningüclənməsinə xidmət edəcək.

Komissiyanın digər həmsədri, Səudiyyə Ərəbistanının investisiyanaziri Xalid bin Əbdüləziz Əl-Falih çıxışında SəudiyyəƏrəbistanının Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlıolduğunu, ticarət dövriyyəsinin artırılması, energetika,investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı,alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlığıngenişləndirilməsinə önəm verdiklərini bildirib. O, SəudiyyəƏrəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq niyyətinidə ifadə edib.

İclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşmamemorandumları imzalanıb:

  • Dənizçilərin sertifikatlarının qarşılıqlıtanınması;
  • Bitki mühafizəsi və karantin sahəsindəəməkdaşlıq;
  • Kiçik və orta sahibkarlıq sahəsindəəməkdaşlıq.

Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə SəudiyyəƏrəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın 8-ciiclasının Protokolu komissiyanın həmsədrləri tərəfindənimzalanıb.

Həmin gün Səudiyyə Ərəbistanı–Azərbaycan İnvestisiya DəyirmiMasası təşkil olunub. Tədbirdə hər iki ölkənin hökumətnümayəndələri və iri biznes dairələrinin təmsilçiləri iştirakediblər.

Dəyirmi Masada çıxış edən Baş nazirin müavini Samir Şərifov bucür görüşlərin hökumət və biznes dairələri arasında açıq dialoqüçün mühüm platforma olduğunu qeyd edib.

Baş nazirin müavini Səudiyyə Ərəbistanının rəsmilərini və biznesnümayəndələrini işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləninfrastruktur layihələri və iqtisadi perspektivlərlə tanış edərək,onları bu bölgələrə investisiya qoymağa dəvət edib.

Baş nazirin müavini Səudiyyə Ərəbistanlı iş adamlarınaAzərbaycanın turizm potensialı barədə ətraflı məlumat verib vəvurğulayıb ki, son beş ildə ölkəmizə ən böyük turist axını 2024-cüildə qeydə alınıb. Səudiyyə Ərəbistanından Azərbaycana gələnturistlərin sayı 2024-cü ildə 98 113 nəfər təşkil edib və bu2023-cü illə müqayisədə 20%-dən çox artım deməkdir. Bu dinamikaAzərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazardadaha cəlbedici destinasiyaya çevrildiyini və turizmstrategiyalarının uğurlu nəticə verdiyini göstərir. SəudiyyəƏrəbistanı ilə Azərbaycan arasında müntəzəm aviasiya reyslərininmövcudluğu qarşılıqlı turist mübadiləsinin genişlənməsinə müsbəttəsir edir.

Baş nazirin müavini əlavə edib ki, Saudi Vision 2030 hədəfləriçərçivəsində həyata keçirilən layihələr azərbaycanlı investorlartərəfindən böyük maraqla izlənilir və investisiya imkanlarınəzərdən keçirilir.Azərbaycan tikinti şirkətləri böyük layihələrinhəyata keçirilməsində uğurlu təcrübəyə malikdirlər və onlar SaudiVision 2030 hədəfləri çərçivəsində layihələrin icrasına qoşulabilərlər. Baş nazirin müavini qarşılıqlı investisiyaların təşviqi,sahibkarlara investisiya layihələrini həyata keçirmək üçün dəstəyingöstərilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarınınsahibkarların yanında olmağa və layihələrin reallaşdırılmasınakömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Səfər çərçivəsində Baş nazirin müavini Samir ŞərifovAzərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cıiclasında da iştirak edib. O, iclasda Azərbaycan və SəudiyyəƏrəbistanı arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi,ticarət dövriyyəsinin artırılması və məhsul çeşidininşaxələndirilməsi imkanları haqda danışıb.

Qeyd edək ki, Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzarŞurası 2022-ci ildə yaradılıb. Hər iki ölkənin biznesnümayəndələrinin təmsil olunduğu bu Şura sahibkarlarıntəşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrinqurulmasına, qarşılıqlı səfərlərin və görüşlərin təşkilinə, eləcədə informasiya mübadiləsinə yardım göstərir.

Seçilən
9
50
az.trend.az

10Mənbələr