AZ

Asiya İnkişaf Bankı 2020-2024-cü il layihələri üzrə Azərbaycan podratçılarının TOP-5-liyini açıqlayıb

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) 1 yanvar 2020-ci ildən –31 dekabr2024-cü ilə qədər olan dövr ərzində AİB tərəfindənmaliyyələşdirilən mallar, işlər və yardımçı xidmətlər üzrəmüqavilələrdə iştirak edən Azərbaycanın beş aparıcı podratçısı vətədarükçüsünün göstərildiyi hesabatı dərc edib.

Trend xəbər verirki, Azərbaycan şirkətləri ilə bağlanmış müqavilələrin ümumi məbləğiqeyd olunan dövr ərzində 535.57 milyon ABŞ dolları təşkil edib.

Siyahıya ən iri məbləğdə müqavilələr bağlamış (nəqliyyatsektorunda 156.28 milyon ABŞ dollar həcmində) “Lankaran YolTikinti” OJSC şirkəti başçılıq edir. İkinci yerdə 39,19 milyon ABŞdolları həcmində müqavilələr bağlamış “AS Inshaat-N LLC” şirkəti,üçüncü yerdə isə 37,26 milyon ABŞ dolları həcmində müqaviləqazanmış “Archico LLC” şirkəti gəlir. Hər iki şirkət su təchizatıvə digər şəhər infrastrukturu və xidmətləri sahəsi üzrə aktivfəaliyyət göstərir.

İlk beşliyə düşən digər şirkətlər isə 22,55 milyon ABŞ dollarıməbləğində müqavilə imzalamış “Azerbaijan Research and ProductionAssociation” və 15,64 milyon ABŞ dolları məbləğində müqavilələrəldə etmiş “Hayat Group MMC” ilə “Bioworks VerfahrenstechnikGmbH”-nin birgə müəssisəsidir. Onlar da, su təchizatı və şəhərinfrastrukturu sahəsində fəaliyyət göstərirlər.

Qalan 264,65 milyon ABŞ dolları isə müxtəlif AİB layihələrindəiştirak edən digər Azərbaycan podratçıları və tədarükçüləriarasında bölüşdürülüb.

Qeyd edək ki, AİB 1999-cu ildən etibarən Azərbaycanla əməkdaşlıqedir və ölkənin iqtisadiyyatın şaxələndirilməsi, idarəetməninyaxşılaşdırılması və inklüziv inkişafın stimullaşdırılması üzrəsəylərini dəstəkləməyə davam edir.

Seçilən
4
1
az.trend.az

2Mənbələr