AZ

Pakistan və Hindistan savaşır: Nüvə silahından istifadə ediləcək? 

Pakistan və Hindistan arasında artıq döyüşlər başlayıb. Hətta qardaş Türkiyə dost Pakistana hərbi yardım göndərir. Pakistan və Azərbaycanın da dost və qardaş ölkə olduğunu, onların Qarabağ savaşında bizə dəstək nümayiş etdirdiklərini nəzərə alsaq, o zaman Bakının İslamabada yardım göndərməsi mümkündürmü? Eyni zamanda tərəflərin nüvə silahından istifadəsi real ola bilərmi?

Mövzunu KONKRET.az-a politoloq Züriyyə Ruslanqızı şərh edib:

Ermənistan

“Bu iki ölkə Cənubi Asiyanın ən aparıcı dövlətləridir. Onlar arasında 3 dəfə böyük savaş yaşanıb. Kəşmir məsələsi qarşıdurmanın baş verməsinə zəmin olub. Ancaq bir müddət idi ki, münasibətlərdə səngimə dönəmi yaşanırdı. Amma Kəşmir ərazisində terror aktlarının icra olunması və Hind çayının axını ilə bağlı 65 illik müqavilənin pozulması müharibəni alovlandırdı. Hazırda “su savaşı” problemi yaşanmaqdadır. Belə olan halda münqişənin məzmunu dəyişir. Belə olan halda iki nüvə dövlətinin qarşı-qarşıya gəlməsi təkcə onlar üçün yox, həm də regiona təhdiddir. Ancaq tərəflərin bu müharibədə nüvə silahından istifadəsi şübhə doğurur. Çünki bu silahın mövcudluğu tərəfləri bir-birilərinə qarşı daha həssas olmağa sövq edir. O baxımdan genişmiqyaslı nüvə müharibəsi mümkün görünmür. Amma insanların zərər görəcəyi qarşıdurma genişlənə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
12
50
konkret.az

10Mənbələr