Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Afrika qitəsinin ən sıx məskunlaşdığı ölkə olan Nigeriyada 2025-ci ilin birinci rübündə 1227 vəba hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, ÜST-nin Nigeriya ofisindən verilən açıqlamada, epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə Nigeriya hökuməti və beynəlxalq tərəfdaşlarla koordinasiyalı işlərin aparıldığı vurğulanıb.
Açıqlamada qeyd edilib ki, yanvar-mart ayları arasında ölkədə 1227 vəba hadisəsi baş verib və epidemiyaya görə 28 nəfər həyatını itirib.
Keçən ilin statistikalarına da toxunulub: 2024-cü ilin iyul ayında Nigeriyada 33 əyalətdə 2102 şübhəli vəba hadisəsi qeydə alınmış və 63 nəfər ölüb.
Aynurə İsmayıl
KONKRET.az