Pakistan Hərbi Hava Qüvvələri Yeni Dehlini “qorxutmaq” məqsədilə yeni PL-15 (və ya PL-15E) “hava-hava” raketləri ilə təchiz edilmiş JF-17 qırıcı təyyarələrinin fotolarını yayımlayıb.
Herbiand.az bildirir ki, bu barədə EurAsian Times məlumat yayıb.
Təyyarələr həmçinin, PL-10 qısa mənzilli “hava-hava” raketlərini də daşıyır.
PL-15 və PL-10 Çinin müasir ixtiralarıdır. Birincisi, aktiv radar təyinatına malik uzun mənzilli raketdir. Açıq mənbələrə görə, PL-15-in uçuş məsafəsi 200-300 km-ə çata bilər.
Qeyd edək ki, Hindistan əvvəllər aktiv radar təyinatlı çoxlu sayda Rusiya RVV-AE raketləri alıb, lakin belə silahların uçuş məsafəsi cəmi 80 km-dir. Beləliklə, Pakistanın JF-17-ləri Hindistanın Rusiya istehsalı olan Su-30MKI qırıcıları ilə müqayisədə əhəmiyyətli üstünlüyə malik ola bilər.
Lakin Hindistanın daha müasir təyyarələri də var - Fransanın Dassault Rafale qırıcıları. Təyyarə uçuş məsafəsi 200 km-ə çata bilən MBDA Meteor raketinin daşıyıcıları kimi çıxış edir.
Bəxtiyar CƏFƏRLİ