Bu ilin aprelin 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 284,8 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,8 milyard manat və ya 15,7% artaraq 27,9 milyard manata bərabər olub.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, hesabat dövründə kredit təşkilatları tərəfindən verilən kreditlərin 76,6%-i və ya 21,3 milyard manatı Bakı şəhərinin payına düşüb.
Dövr ərzində kredit qoyuluşunun ən az orta faiz dərəcəsi Bakı şəhəri (12,06%), ən çox isə Dağlıq Şirvan iqtisadi rayonu (19,45%) üzrə qeydə alınıb.