“Barselona” yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üzərində fəal işləyir.
Msport.az xəbər verir ki, Kataloniya klubunun əsas diqqəti “Atalanta”nın forvardı Ademola Lukmana yönəlib.
Klub rəsmiləri yay transfer pəncərəsi ərəfəsində 27 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Bununla belə, nigeriyalı ilə müqavilə imzalamaq asan olmayacaq. Heyətini ciddi şəkildə yeniləməyi planlaşdıran “Yuventus” da Lukmanla maraqlanır. “Atalanta” isə liderini ən azı 60 milyon avro dəyərində qiymətləndirir.
İngilis nəhəngləri “Çelsi”, “Mançester Yunayted”, “Liverpul”, “Nyukasl” və “Arsenal” da vəziyyəti diqqətlə izləyir. İddiaya görə, onlar da yaxın vaxtlarda futbolçu ilə danışıqlar aparmağı planlaşdırırlar.
Lukman bu mövsüm “Atalanta”nın heyətində 37 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.