AZ

Azərbaycanda süni intellekt strategiyası çərçivəsində 15 layihə icra ediləcək

Azərbaycanda müxtəlif dövlət qurumları ilə birgə məlumat bazalarında mövcud olan kirliliyin və məlumat uyğunsuzluqlarının aradan qaldırılması məqsədilə layihələr icra olunur.

APA-Economics” xəbər verir ki, bunu Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov deyib.

O qeyd edib ki, bu addımlar növbəti mərhələlərdə innovasiya və süni intellekt texnologiyalarının tətbiqi üçün möhkəm zəmin yaradır:

“Azərbaycanda süni intellekt sahəsinin inkişafı üçün 2025–2028-ci illəri əhatə edən süni intellekt strategiyası qəbul edilib. Strategiya özündə bir sıra məqamları əhatə edir, 15 müxtəlif layihələrin icrası nəzərdə tutulur".

Seçilən
4
4
apa.az

5Mənbələr