AZ

Pasportundan Azərbaycan adını sildirmək istəyən ermənilərə XƏBƏRDARLIQ

Qarabağdan gedən ermənilər pasportlarında “Azərbaycan” qeydinin olmaması və doğum haqqında şəhadətnamənin digər məlumatları əks etdirən qrafasında  rayon, rayon, şəhər, kənddə doğum yerinin göstərilməsi üçün müraciət edə bilərlər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “CivilNet”-ə Ermənistanın Miqrasiya və Vətəndaşlıq Xidmətindən məlumat verilib.

Eyni zamanda, xidmət sərhəd-keçid məntəqələrində bunun problem yarada biləcəyi barədə xəbərdarlıq edib.

Aprelin 16-na olan məlumata görə, Dağlıq Qarabağdan gedən  8568 nəfər Ermənistan vətəndaşlığı üçün müraciət edib. Miqrasiya və Vətəndaşlıq Xidməti ermənilərin “Ermənistan vətəndaşının pasportunda niyə Azərbaycan doğulduğu yer kimi göstərilməlidir?” narahatlığına cavab verib. 

Cavab olaraq bildirilib ki, pasportlarda doğum yerinin göstərilməsi ICAO və İSO 3166 beynəlxalq standartları ilə tənzimlənir və bu standartlardan kənara çıxan hər hansı işarə Daxili İşlər Nazirliyi tərəfindən sərhəd-keçid məntəqələrində mübahisəli hesab olunur.

Seçilən
4
cebheinfo.az

1Mənbələr