AZ

Hindistan və Fransa 7,3 milyardlıq müqavilə imzaladı: Görün nə alırlar

Hindistan, Fransa ilə 26 ədəd "Rafale Marine" hərbi-dəniz qırıcısının alınması üçün 7,3 milyard dollarlıq (630 milyard rupi) müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilir ki, imzalanma mərasimində Fransanın Hindistandakı səfiri Terri Matu və Hindistanın müdafiə nazirinin müavini Radjeş Kumar Sinqx iştirak ediblər. Fransanın müdafiə naziri Sebastien Lekornu və Hindistanın müdafiə naziri Radjnatx Sink mərasimdə virtual olaraq iştirak ediblər.

Məlumata görə, Hindistan səlahiyyətliləri aprelin əvvəlində razılaşmanı təsdiqləyib. Buna əsasən Hindistan Hərbi Dəniz Qüvvələri 22 tək yerlik və dörd iki yerlik "Rafale Marine" təyyarəsi, habelə donanmaya texniki xidmət, maddi-texniki dəstək, kadr hazırlığı və Hindistanda yerli komponentlərin istehsalı üçün hərtərəfli xidmətlər paketi alacaq.

"Rafale Marine" təyyarələrinin Hindistanın təyyarədaşıyan gəmilərində yerləşdirilməsi nəzərdə tutulur və donanmanın hava gücünü əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Qırıcılar Hindistanın tələblərinə cavab vermək üçün dəyişdiriləcək, "Vikramaditya" və "Vikrant" aviadaşıyıcılarda istifadə edilərək köhnəlmiş MiQ-29K-ları əvəz edəcək.

Seçilən
10
publika.az

1Mənbələr