
“Veteran Tankçılar” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, rəsmi qurumların nümayəndələri və ictimaiyyət iştirak edib. Əvvəlcə Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub, daha sonra Nərimanov rayonunda abidəsi önündə anım mərasimi davam etdirilib. Çıxışlarda qəhrəmanın şücaətindən və vətənpərvərliyindən bəhs olunub.
Albert Aqarunovun ailə üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində qəbul edilib. 1969-cu ildə Bakı şəhərində doğulan Albert Aqarunov 1992-ci ildə Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
✍️"Ulusum".az
Diqqət Çəkənlər
Gəncədə bıçaqlanma hadisəsi baş verib
Külək Böyük Şor bulvarında attraksionu aşırıb
Donald Tramp Makronu Zelenski ilə Söhbətə Qoşulmağa İcazə Verməyib