AZ

Yaxın 15 ildə dünyada yaşıl iqtisadiyyatın həcmi 4 trilyon dolları keçəcək

2022-ci ildə yaşıl iqtisadiyyat sektorunun həcmi təxminən 1,5 trilyon ABŞ dolları dəyərində olub və 2030-cu ilə qədər bu rəqəmin 4 trilyon ABŞ dollarının üzərində artım göstərəcəyi proqnozlaşdırılır.

APA-Economics” xəbər verir ki, bunu"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, 2025-ci ilə qədər təmiz enerji bazarının həcminin 1,5 trilyon ABŞ dollarına çatması proqnozlaşdırılırdı:

“Bununla yanaşı, süni intellekt texnologiyasının tətbiqi ilə 2025-ci ildə karbon emissiyalarının izlənilməsi prosesinin 50% daha sürətli və daha dəqiq təqdim olunması gözlənilir. Biz bu trendlərdən geri qala bilmərik. Bununla bağlı strateji sənədlər mövcuddur, strateji istiqamətlər müəyyənləşdirilib".

Seçilən
5
3
apa.az

4Mənbələr