"Sportinq"in isveçli hücumçusu Viktor Qyokereş Portuqaliya çempionatında qollarını sayını 38-ə çatdırıb.
"Sportinq"in futbolçusu Viktor Qyokereş "Qızıl buts" uğrunda yarışda Məhəmməd Salahı geridə qoyub.
Operativ Media xəbər verir ki, 26 yaşlı hücumçu buna Portuqaliya çempionatının 31-ci turunda, "Boavişta" ilə matçda (5:0) poker etməklə nail olub.
İsveçli forvard cari mövsüm çempionatda 38 qol vurub və "Qızıl top" üçün (1,5 əmsal) 57 xal toplayıb. Premyer Liqada 28 qola imza atan (2 əmsal) Salah 56 xalla ikincidir.