AZ

Qlobal Cənub QHT platformasının baş ofisinin Bakıda yaradılmasını təklif edilib

Təklif edirik ki, Qlobal Cənub QHT platformasının baş ofisi Bakıda, Milli QHT forumunun nəzdində yaradılsın.

APA xəbər verir ki, bunu Azərbaycan Milli QHT forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının təsis forumunda yekun nitqlə çıxışı zamanı qeyd edib.

"2026-cı ildə çağırılacaq Qlobal Cənub QHT Platformasının Baş Assambleyasına qədər bütün sənədlərin təşkilini öz üzərimizə götürürük. "Qoşulmama Hərəkatı" çərçivəsində qəbul edilmiş bu sənədlərin Baş Asambleyanın çağırılışına qədər araşdırılması lazımdır. Bugünkü müzakirələr, əvvəlki görüşlərdə qeyd edildiyi kimi, dialoqu gücləndirmək, uzlaşmaya gəlməkdir. Təmsilçiliyimiz coğrafi bölgələr üçün bölündü. Birinci rəsmi Baş Asambleyaya qədər təklif edirik ki, Bakıda Milli QHT forumunun nəzdində real, əməli bir baş ofis yaradılsın. Milli QHT forumunun sədri Baş Asambleyanın birinci çağırışına qədər Platformaya müvəqqəti rəhbərlik etsin", - o qeyd edib.

Seçilən
8
2
apa.az

3Mənbələr