Sözügedən ərazidə avtomobillərin piyadalar üçün nəzərdə tutulmuş səkilərdə parklanmasının qarşısının alınması ilə bağlı polis tərəfindən müvafiq tədbirlər görülür.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib.
***15:56
Bir müddət öncə "Neftçilər" metro stansiyasının çıxışında avtomobillərin əraziyə daxil olmasının qarşısını almaq məqsədilə plastik tumbalar quraşdırılmışdı.
BAKU.WS xəbər verir ki, hazırda həmin tumbaların kəsildiyi və ərazidə yenidən avtomobillərin park edildiyi müşahidə olunur.
Bu vəziyyət xüsusilə pik saatlarda ərazidə ciddi sıxlıq yaradır və piyadaların hərəkət etməsini çətinləşdirir. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini istəyirlər.